Gözətrafı əməliyyat gənclik və cazibədarlığın qapılarını açan qızıl açara bənzəyir. Gözətrafı deformasiyalar insana yorğun, bitkin və yaşlı görkəmi verir.
Klassik göz qapağı estetikası və kombinə edilmiş qaş qaldırma əməliyyatları çox vaxt 30 yaşdan sonra icra edildiyi halda badəm göz əməliyyatı isə daha gənc yaşlarda icra edilə bilər.
Bu əməliyyat daha dinamik və cazibədar görkəmə sahib olmağa imkan yaradır.
Üst və alt göz qapaqları öz aralarında gözün xarici (çöl) kənarı və daxili (iç) hissələrində burun yanlarında birləşərək, kantus adlanan məxsusi strukturla sümüklərə bərkidilir.
Medial kantusla (burun kökü yanında) lateral kantus (xarici birləşmə nahiyəsi) arasında münasibətlər həm də insan baxışının estetik görkəmini müəyyənləşdirir.
Cazibədar və gözəl gözlərdə xarici kantus daxili kantusdan yuxarıda yerləşir. Əgər xarici kantus daxili kantusdan aşağıdadırsa, onda gözlərin bu forması adamı yorğun və qəmgin göstərəcək.
Badam göz əməliyyatı icrasının məqsədi bu balansın lazımi istiqamətdə bərpasından ibarətdir.
Badəm göz əməliyyatı necə icra edilir?
Badəm göz əməliyyatı yuxarıda təsvir edildiyi kimi, xarici kantal strukturda kiçik kəsik yolu ilə icra edilirək, yuxarıya və bayıra dartılır.
Kantus adlandırılan struktur sümüklərə və ya sümük membranına bərkidilir. Bununla da uzunmüddətli nəticə əldə olunur. Beləliklə, baxış daha enerjili görünür, göz qapaqları bayıra doğru dartılır və göz iri görünür. Amma hədsiz gərilməyə görə qeyri-estetik nəticədən çəkinmək lazımdır.
Əməliyyat yerli, ya da ümumi anesteziya altında aparılır. Badam göz əməliyyatı orta hesabla bir saat sürür və xəstə həmin gün evə buraxılır.
Pasiyentə duş qəbul etmək və ikinci gündən sonra makiyaj etməyə icazə verilir. 5-7 gün sonra tikişlər sökülür.
Mən plastik cərrah Mübariz Məmmədli badəm göz əməliyyatı, eləcə də, bella eyes, pişik göz, tülkü göz, ceyran göz və s. əməliyyatları Bakı və Azərbaycan üzrə peşəkar səviyyədə həyata keçirirəm.