Qəza və ya anadangəlmə bir deformasiya olmadığı təqdirdə, burun əməliyyatları adətən estetik narahatlıqdan qaynaqlanır.
Estetik olaraq daha gözəl görünmək, cəmiyyətdəki gözəllik anlayışlarına uyğunlaşmaq üçün əksər insanlar Rinoplastika seçirlər. Lakin estetik əməliyyat şəxsin istəyindən asılı deyil.
Bunun üçün ilk öncə müayinələr aparılmalı və əməliyyata uyğunluq araşdırılmalıdır. Bu səbəbdən bəzi xəstəlikləri daşıyanlar estetik əməliyyat ola bilməzlər.
Çünki başqa xəstəliklər əməliyyatdakı riski artırır. Əməliyyatlı və ya əməliyyatsız burun estetikası cərrahi müdaxilədir və bu müdaxilə həmişə risk daşıyır.
Kimlərə burun əməliyyatı olmaz?
İlk öncə burun əməliyyatı olmaq istəyənlərin sağlam fərd olması mütləqdir. Bəzi xroniki xəstəliklər, zəif immunitet sistemi kimi riskli vəziyyətlər əməliyyatdan sonra yarana biləcək risklər daşıyır.
Tibb elminin əsas hədəfi fərdi sağlam saxlamaq olduğundan, estetika ikinci plandadır. Buna görə də hər istəyən istədiyi zaman estetik əməliyyat ola bilmir. Mütəxəssis həkimlər aşağıdakı hallarda əməliyyat aparmırlar:
- Hemofiliya xəstəlikləri: Qanın laxtalanması ilə əlaqəli bu xəstəliyi daşıyanlar, əməliyyatdan sonra yarana biləcək risklər səbəbindən əməliyyat oluna bilmirlər.
- Piylənmə xəstəlikləri: Dövrümüzün ən ciddi xəstəliklərindən olan həddindən artıq çəkili olma vəziyyəti, estetik əməliyyatların maneəsidir. Xüsusilə artıq çəkilərin nəfəs almağı çətinləşdirdiyi bir həqiqətdir. Buna görə də artıq çəkilər burun estetikasının qarşısındakı əngəldir. Üstəlik çəki verməklə üz quruluşu dəyişəcəyindən piylənmə xəstələri adətən əməliyyata alınmırlar.
- Şəkər xəstəlikləri: Hər şəkər xəstəsinin əməliyyat ola bilməyəcəyinə dair bir qayda yoxdur. Lakin yara sağalmasındakı gecikmələr əməliyyatı riskli edir.
- Hipertenziya və ürək xəstəlikləri: Hər cərrahi müdaxilə özü ilə risklər gətirir. Lakin ürək və yüksək təzyiq xəstələri daha çox risk altında olduğundan burun əməliyyatı üçün uyğun xəstə qrupunda yer almazlar.
- Ruhi pozğunluqlar: Estetik əməliyyat istəyən şəxsin fizioloji və ruhi cəhətdən sağlam olması gözlənilir. Ağır ruhi pozğunluqlar, xəstənin vəziyyəti nəzərə alınaraq estetik əməliyyatın qarşısındakı əngəllərdəndir.
Burun əməliyyatı üçün həkimin tövsiyyələrinə güvənin
Hər kəsin öz bədəninə yaxşı baxmaq, sağlam olmaq məcburiyyəti vardır. Lakin həyatın gətirdiyi çətinliklər və ya genetik faktorlar bunu hər zaman mümkün etmir.
Buna görə də bəzi xroniki narahatlıqları daşıyanlar, estetika ilə hər şeyin düzələcəyini düşünən və bunu vərdişə çevirənlər burun əməliyyatı üçün uyğun namizədlər deyildir. Estetik əməliyyatlar planlaşdırılarkən mütəxəssis həkimə qarşı açıq olunmalıdır.
Həkimin ixtisası və təcrübəsi, ən doğru yola aparacaqdır. Bu səbəbdən yuxarıdakı bəndləri daşıyanların estetik əməliyyat üçün təkid etməməsi lazımdır. Həkimlərin məsləhəti istiqamətində hərəkət etmək ən doğrusu olacaqdır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.