Bulhorn əməliyyatı (dodaq estetikası)

Bulhorn əməliyyatı (dodaq estetikası)

Bulhorn əməliyyatı dodaq dolğusu olmadan dodaqların dolğunluğunu artırmaq üçün nəzərdə tutulmuş cərrahi prosedurdur.

Müvəqqəti xarakterli dodaq dolğusu müalicəsindən fərqli olaraq, bulhorn estetik prosedurun nəticələri daimildir.

Bullhorn, yuxarı dodağın formasını dahada gözəlləşdirmək üçün qaldırma və  həcmini artırmağa yönəlmiş bir əməliyyatdır. İynəüsullarından fərqli olaraq, Bulhorn təsiri daimi olaraq qalır.

Bulhorn əməliyyatı haqqında

İngilis dilindən adı “öküz buynuzları” kimi tərcümə edilə bilər. Fakt budur ki, bulhorn əməliyyatı zamanı həkim birbaşa burnunun altında öküz buynuzları şəklində bir kəsik edir.

Üst dodağı qaldıran və daha həcmli edən dalğalı dəri qapağı çıxarılır və tikilir. Bu, lokal anesteziya altında edilə bilən sadə, qısa bir əməliyyatdır. Çox vaxt rinoplastika və ya blefaroplastika ilə birləşdirilir ki, gözəlləşdirmənin ümumi təsiri daha nəzərə çarpır.

Bullhorn əməliyyatı üçün göstərişlər

Əgər xəstə yuxarı dodaqlardan burun dibinə qədər çox uzun məsafədən narahatdırsa, cərrahlar bu üsulu tövsiyə edirlər. Normalda məsafə 1,2-1,5 sm-dən çox deyil. Məsafə daha böyükdürsə, dodaq ptozundan və ya irsi xüsusiyyətdən danışa bilərik.

Bu proseduru yuxarı dodağın həcmindən narazı olan xəstələr də edirlər. Plastik əməliyyat zamanı dodaq bir az qaldırıldığı üçün həcmi də artır.

Bulhorn əməliyyat nəticələri

Bullhorn ilk növbədə insanın üzünün konturlarını gözəlləşdirilməsi üçün hazırlanır. Belə kiçik bir müdaxilə belə görünüşdə çox sayda dəyişiklik edə bilər:

  • yuxarı dodaq böyüyəcək, həcmli və həssas olacaq;
  • kupidon arkası daha parlaq olacaq;
  • üzün aşağı üçdə biri cavanlaşacaq və daha mütənasib olacaq (burundan dodaqların qırmızı sərhədinə qədər çox uzun məsafə üzü daha yaşlı göstərir);
  • təbəssüm gözəl və açıq olacaq.
bulhorn əməliyyatı dodaq estetikası

Əməliyyata hazırlıq

Cərrahınız əməliyyatdan əvvəlki həftələrdə nə etməli və nə etməməli olduğunuz barədə sizə dəqiq məlumat verəcək.

Bulhorn əməliyyatına hazırlaşmaq üçün aşağıdakıları planlaşdırmalısınız:

  • Əməliyyatdan əvvəlki 6 saat ərzində yemək yeməkdən çəkinin.
  • Həkiminizin müəyyən etdiyi müddət ərzində siqaret çəkməyi dayandırın. Siqaret çəkmək anesteziyaya təsir edə bilər, yaranın sağalmasını pozmaq və əlavə çapıq izləri yaratmaq riski vardır.
  • Əməliyyatdan əvvəlki və sonrakı günlərdə spirtli içkilərdən çəkinin. Spirtli içkilər də anesteziya ilə qarşılıqlı təsir göstərə bilər.

Bulhorn əməliyyatı sonrası

Bulhorn dodaq qaldırma əməliyyatından sonra rahat bərpa olunmanızı təmin etmək üçün ətraflı əməliyyatdan sonrakı təlimatlar alacaqsınız.

Prosedurdan sonra 4 həftəyə qədər dodaqların yuxarı hissəsində qançır və şişkinliyin olması normaldır. Əməliyyatdan sonrakı şişkinliyin miqdarı cərrahi düzəlişin dərəcəsindən asılı olacaq.

Təbii olaraq daha böyük dodaq sahibi olan insanlar, daha nazik və ya incə dodaqlı insanlara nisbətən bərpa olmaq üçün daha çox vaxt tələb edə bilər, çünki böyük dodaq sahiblərində əlavə toxuma miqdarı var.

Dodaq qaldırmasından sonra yaranmış çapıq izlərinin solması, düzləşməsi və zəif ağ xətt formasına düşməsi 3 aya qədər vaxt alır. Dodaq qaldırmasından sonra, əməliyyatdan sonrakı təlimatlara tam əməl edildikdə daimi nəticələr gözlənilə bilər.

Ən yaxşı nəticələr əldə etmək üçün aşağıdakı təlimatlara riayət etmək lazımdır:

  • Əməliyyatdan sonrakı ilk 24 saat ərzində özünüzü yormayın
  • 2 həftəyə qədər üzüstə yatmaqdan çəkinin.
  • 4 həftəyə qədər idman zalına getmək də daxil olmaqla, ağır fiziki məşqlərdən çəkinin.
  • Kəsik xətlərini zədələməmək üçün diş fırçasını istifadə edərkən diqqətli olun.
  • Nəmləndiriciləri müntəzəm tətbiq edərək dodaqlarınızı nəmli saxlayın.
  • Saqqız çeynəməkdən çəkinin.
  • Sağalma prosesinin nəzərdə tutulduğu kimi irəlilədiyini təmin etmək üçün əməliyyatdan sonrakı yoxlama görüşlərinə mütləq qatılın.

Bullhorn əməliyyatı 40 dəqiqəyə qədər çəkir. Bundan dərhal sonra xəstə evə qayıdır. Əvvəlcə qansızmalar və şişliklər davam edə bilər, əməliyyatdan sonra 6-cı gündə tikişlər çıxarılır.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.


Digər yazılarımız