Uşaqlarda adenoid əməliyyatı nə zaman edilir?

Adenoid üzüm salxımına bənzəyən burun və boğaz arasında yerləşən toxumadır. Adenoid buruna daxil olan bakteriya və virusları tutur və orqanizimdə mikrobla mübarizə aparan maddələr olan antikorlar istehsal edir.

Əgər uşağınızda davamlı və ya təkrarlanan adenoid böyüməsi və ya iltihabı varsa həkiminiz adenoid əməliyyatını tövsiyyə edə bilər.

Adenoidlərin çıxarılmasından sonra uşaqlar daha tez-tez xəsdələnmirlər; çünki bədəndə adenoid kimi xidmət edən digər toxumalar da eyni funksiyaları adekvat şəklində yerinə yetirə bilirlər.

Adenoidlərin əlamətləri hansılardır?

Burundan çətinliklə nəfəs almaq. Davamlı ağızdan nəfəs almaq. 

Yuxu zamanı xorultu səsi. 

Yuxu zamanı nəfəsinizi bir neçə saniyə tutmaq.

Adenoidin müalicəsi

Həkiminiz əvvəlcə uşağınızın iltihablı adenoidini antibiotiklərlə müalicə etməyə başlar. Adenoid iltihablı deyilsə həkiminiz biraz gözləməyi təklif edə bilər çünki uşaqlarda müəyyən qədər böyüməsi normaldır.

Əməliyyat prosesi

 Əməliyyat zamanı uşağınız ümumi anesteziya (narkoz) altında olacaq. Bu o deməkdir ki uşağınız əməliyyatxanada narkoz həkiminin nəzarəti altında olacaq. Uşağınız təxminən 20 dəyqə yatacaq. Həkiminiz uşağınızın ağzının içindən adenoidi çıxaracaq. Adenoid əməliyyatı üçün dəridə kəsik etməyə ehtiyac yoxdur. 

Əməliyyatdan sonra xəstələrə isti və bərk olmamaq şərti ilə gündə bir neçə şey yeyə bilər. Dinamik hərəkətli oyunlarla oynamamağına diqqət etmək. Bol-bol su içməsinə kömək etmək. Əməliyyatdan 1həftə sonra bağçaya və ya məktəbə getməsinə icazə var.

Digər yazılarımız