Buxaq əməliyyatı

Bəzən genetik faktorlar, bəzən də çəkinin artma və azalma səbəbiylə əlaqəli olaraq buxaq nahiyəsində piylənmə meydana gəlir. Yaş artdıqca bu piylənən yer sallanmağa başlayır. Bu, insanı özündən daha kök və ya yaşlı göstərir.

Genetik faktorlara və ya çəkiyə görə bu nahiyədəki sallanmalar buxaq əməliyyatı ilə aradan qaldırıla bilər.

Bu prosedur həm cərrahi, həm də qeyri-cərrahi yolla həyata keçirilir. Buxaq nahiyyəsindəki sallanmaya görə hansı üsula üstünlük veriləcəyinə həkim qərar verir.

Buxaqda sallanmaya nə səbəb olur?

Əslində, çənə altındakı nahiyədə sallanma olduqca çox rast gəlinən bir problemdir. Həm qadınlarda, həm də kişilərdə yaşlanma ilə bu nahiyədə dəri sallanması meydana gəlməyə başlayır.

Çəki artımı və itkisi çox erkən yaşlarda belə buxaq sallanmasına səbəb ola bilər. Bu problem tez-tez arıqlayan və kökələn insanlarda daha çox rast gəlinir.

Çənə nahiyəsinin bir az altındakı dəri toxuması çox nazik bir quruluşa malikdir. Yaş irəlilədikcə bu toxumada kollagenin miqdarı da azalır. Bu, xüsusilə 30 yaşdan sonra daha tez baş verir.

Buxaq estetik əməliyyatından sonra çapıq qalır?

Xəstələrin ən çox maraqlandığı məsələlərdən biri də bu estetik əməliyyatdan sonra çapıqların olub olmayacağıdır. Əlbəttə ki, çox yüngül çapıq qalacaq. Çünki əməliyyat zamanı dəriyə kəsik qoyulur.

Bu kəsik vasitəsilə yağ toxuması çıxarılır. Sonra kəsik tikişlə bağlanır. Buna görə də çox kiçik olsa belə, iz qalmağı mümkündür. Ancaq qalan çapıq izi çox da dərin olmayacaq, zaman keçdikcə qırmızı rəngdə olan bu çapıq qısa müddətdə dəri rəngini almağa başlayır.

Əməliyyatdan əvvəl çapığın harada qalacağı və nə qədər görünəcəyi barədə həkiminizlə məsləhətləşə bilərsiniz.

Buxaq əməliyyatı nəticələri

Digər yazılarımız