Son zamanlarda burun tənəffüsünün çətinləşməsi insanlar arasında ən çox rast gəlinən şikayətlərdəndir. İnsanların təqribən üçdə birində Xroniki burun tutulması müşahidə edilir. Burun tutulmalarınında ən çox rast gəlinən səbəbi isə burun çəpər(burun arakəsməsi) əyriliyidir.
Burun çəpər əyriliyi (burun arakəsməsi) hər iki burun dəliyinin bir-birindən ayıran arakəsmə xəttə deyilir. Burun arakəsməsinin orta xətdən sağa və yaxud sola əyilməsinə burun çəpərinin əyriliyi deyilir. Burun çəpər əyriliyinin ən önəmli səbəbi burun travmalarıdır.
Travmanın şiddətinə və istiqamətinə görə əyriliyin şiddəti, şəkli və istiqaməti dəyişir. Bu travmalar bəzən burnun xarici görünüşündə poza bilir.
Burun çəpər əyriliyi zamanı yaranan problemlər
● Burun tıxanıqlığı
● Boğaz quruluğu
● Təkrarlanan burun qanaxması
● Yuxuda səsli nəfəs alma
Xəstələr adətən fərqində belə olmadan əyrilik olan tərəfə yatdıqda daha rahat nəfəs alırlar. Əyriliyin dərəcəsi dəyişməsə belə səbəb olduğu problemlər insanlarda 30 yaşından sonra daha çox biruzə verir.
Burunda çəpər əyriliyinin müayinəsi endoskopik cihazla yəni burun endoskopu ilə yoxlanılır. Bu endoskop 90° olmaqla yanaşı ucunda kiçik kamera və işıq olan 2.7 – 4mm qalınlığındadır. Bu yoxlanışda həkimlə yanaşı pasientdə burunun içindəki strukturu və patalogiyanı aşkar şəkildə görə bilir.
Septoplastika əməliyyatı
Çəpərdəki əyrilik necə düzəlir sualının cavabı isə əməliyyat vasitəsilə olur. Günümüzdə Septoplastika adlanan əməliyyat icra olunur. Əməliyyat zamanı burunun içərisində ön hissədə olan qığırdaqüstlüyü altına daxil olub burunarakəsməsi soyulur.
Daxildə düzəldilə bilməyən kəskin əyri hissələr çıxarılır və düzəldilərək yerinə düzgün şəkildə qoyulur. Yeni düzəldilmiş burun çəpərini orta xəttə saxlamaq üçün borulu slikon splintlər qoyularaq buruna ön tampon edilir.
Əməliyyatdan sonrakı dövrdə:
Slikon splintlər 3-5 gün sonra ağrısız şəkildə burundan çox rahat şəkildə çıxardılır. Əmliyyatdan sonra adi ağrıkəsicilərlə asanlıqla keçəbiləcək dərəcədə yüngül ağrılar olur. Əməliyyatdan bir neçə gün sonra sızıntı şəklində qanlı ifrazat gələ bilər, sonrakı günlərdə selikli qanlı ifrazat şəklində ola bilər.
Sonrakı dövürdə burun içində qabıqlanmalar ola bilər bunları isə dəniz suyu tərkibli spreylər və ya yağlı damcılar ilə yumuşaldıla bilər. Yüngül işlərdə çalışdığı zaman 3-4 gün sonra işə çıxa bilsədə, əməliyyatdan sonrakı dövürdə 7-10 gün evdə istirahət edilməsi məsləhət görülür.
Septoplastikadan sonra fəsadlaşmalar:
● Septal Hematoma (burun qığırdağı ilə selikli qışa arasında yaranan qan toplantısı)
● Qanaxma
● Əyriliyin təkrarlanması
● İnfeksiya
● Burun ucu çökməsi (burun çəpərinin ön ucunda əyrilik olduqda kəsilib götürüldükdə, burun tininə tikilmədikdə dəstək zəifləyir)
● Septal perforasiya (burun çəpərində əməliyyat zamanı selikli qişada zədələnmələr nəticəsində dəliyin əmələ gəlməsi. Perforasiyanın qarşısını almaq üçün əməliyyat zamanı qarşılıqlı selikli qişa defektləri hiss edildiyində tikilməlidir).